Xəbər lenti

Bakı məktəbində müəmmalı həblər - VİDEO
Ölkə21:10 31.10.2014

Bakı məktəbində müəmmalı həblər - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 saylı məktəbdə şagirdlərə 16 saylı poliklinika tərəfindən müəmmalı hesab edilən dərman paylanılıb.
ANS TV-nin məlummatına görə, Hövsan qəsəbəsi 280 saylı orta məktəbdə 1-5-ci sinif şagirdlərinin valideynləri gözlənilmədən xəbardarlıq edilib. Məktəbin divarlarında asılan elanda valideynlərin nəzərinə çatdırılır ki, sizin uşaqlarınız həb qəbul etməlidir. Amma valideynlərə övladlarının həmin həbi nə məqsədlə qəbul etməli olduğu bildirilmir.
Bəzi valideynlər artıq övladlarının həmin həbdən qəbul etdiyini və heç bir pis nəticə vermədiyini deyir.
Məktəb direktoru isə dərman preparatının qəbulunu vacib sayır. Onun sözlərinə görə, bu daxili orqanlarda ola biləcək müxtəlif qurd xəstəlikləri əleyhinə nəzərdə tutulub. Məktəbdə bu xəstəlikdən əziyyət çəkənin olub-olmadığını da soruşduq? Direktor belə bir şeyin olmadığını sadəcə qabaqlayıcı tədbir kimi həmin prepartların 16 saylı poliknika tərəfindən verildiyini dedi. Preparatların paylanması üçün poliklinikanın tibb bacıları təhsil ocağında olub və prepartları istəməyən valideynlərə imtina etmək hüququ da verilib.
Direktor Nizaməddin Ağayev deyir ki, ötən həftə valideynlər və şagirdlər arasında arasında təbliğat xarakterli söhbətlər də aparılıb: “Bu aksiya təmənnasız Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə keçirilir. Hər sinifdə, sinif rəhbərlərinin iştirakı ilə hər şagirdə bir həb verilib”.
Həblərin nə məqsədlə təyin olunduğunu öyrənmək üçün 16 saylı poliknikada olduq. Şöbə müdiri Sevda Hüseynova bildirdi ki, həblər Səhiyyə Nazirliyinin 95 saylı əmrinə əsasən təhsil ocaqlarında ibtidai sinif şagirdlərinə təyin edilib. Hövsan qəsəbəsində ümumilikdə 4700 ədəd həb paylanacaq. 
Şöbə müdiri Sevda Hüseynovanın sözlərinə görə, ötən il əhali və məktəblərdə vətəndaşlarda qurdların müşaiyyət olunub və bu dərmanların verlməsi isə yerinə düşüb. 
Şöbə müdiri onu da bildirdi ki, bu proqramın tətbiqi iki tur şəklində həyata keçiriləcək. İlk tur 15 oktyabrdan, 15 noyabradək davam edəcək. İkinci mərhələyə isə gələn ilin aprelindən başlanacaq.
Səhiyyə nazirliyindən də öyrəndik ki, proqram Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə ibtidai sinif şagirdləri arasında helmintozların proflaktikası və müalicəsi məqsədilə həyata keçirilir. Nazirlik əmin edir ki, bu həblərin qəbulunda heç bir təhlükə yoxdur. Həmçinin dərman preparatları təkcə Hövsan qəsəbəsində deyil, ölkənin 18 rayonunada yerləşən bütün məktəblərin ibtidai sinif şagirdlərinə də veriləcək.
Qaynar.info