Xəbər lenti

Bakı meri: "Bu axşam 7 metri keçməliyik"
Ölkə06:32 27.04.2013

Bakı meri: "Bu axşam 7 metri keçməliyik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hacıbala Abutalıbov sürüşdürmə işlərinin aprelin 28-də başa çatacağını bildirib

Ölkədə ilk dəfə Füzuli 39 ünvanındakı tarixi binada reallaşan sürüşdürülmə prosesi hələ də davam edir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ANS-ə açıqlamasında binanın sürüşdürülməsinin 5 metri keçdiyini deyib. "Bu axşam 7 metri keçməliyik. Beləliklə aprelin 23-də başladığımız işi ayın 28-də qurtaracağıq. Ondan sonra bərkitmə işləri gedəcək. Kanalizasiya və su xəttləri tamamilə yeniləcək. Bundan sonra əhali öz mənzillərinə köçüb rahat yaşaya biləcək".

Qeyd edək ki, Hollandiyanın Bresser şirkəti və yerli mütəxəssislər tərəfindən aparılan proses binanın alt hissəsinə yerləşdirilən 210 ədəd hidravlik qurğunun köməyi ilə həyata keçirilir. Saatda 8 sm sürüşdürülən binada işlərə bu ayın 23-də başlanıb və demək olar ki, prosesin yarı hissəsi görülüb.

Qaynar.info