Xəbər lenti

Bakı Metropoliteni Rusiyadan 35 yeni vaqon alır? - Rəsmi açıqlama
Ekonomiks14:32 12.02.2024

Bakı Metropoliteni Rusiyadan 35 yeni vaqon alır? - Rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni vaqonların alınması ilə bağlı hər hansısa istehsalçı ilə müqavilə imzalanmayıb.
Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
"Vaqonların alınması ilə bağlı müqavilə imzalanacağı təqdirdə ictimaiyyətə məlumat təqdim ediləcək", - deyə o qeyd edib.
Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov"İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, bu il Bakı metrosu üçün vaqon tədarükü ilə bağlı böyük layihəmiz var. Söhbət 35 vaqonun çatdırılmasından gedir ki, bu da çox böyük bir layihədir.