Xəbər lenti

Bakı Metropoliteni Rusiyadan yeni qatarlar alacaq
Ekonomiks12:57 02.06.2019

Bakı Metropoliteni Rusiyadan yeni qatarlar alacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti Rusiyadan yeni qatarlar alacaq.
Bu barədə "Report"a Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, iyunun 4-də Bakı Metropoliteninə yenilənmiş metro vaqonlarının birinci heyətinin göndərilməsinə həsr edilən təntənəli tədbir olacaq.
Mərasimdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Huseynov, "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin baş direktoru Kirill Lip və digər şəxslər iştirak edəcəklər.
Qeyd edək ki, cari il yanvarın sonunda "81-765. B/766.B" modelli 30 metro vaqonunun Azərbaycanın paytaxtına çatdırılması ilə bağlı müqavilə imzalanıb. Bu modeldən olan qatarlar Bakı metrosunda 2017-ci ildən uğurla istismar edilir. 2019-cu ilin sonuna kimi Bakı metrosu üçün altı qatar inşa ediləcək.
Yeni modellər əvvəlkilərlə müqayisədə bir sıra üstünlüklərə malikdir.