Xəbər lenti

Bakı metrosu sərnişinlərin əsəbi ilə oynadı
Ölkə06:53 04.03.2013

Bakı metrosu sərnişinlərin əsəbi ilə oynadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qatarlar tunellərdə dayanaraq stansiyalara gecikmə ilə çatıblar


Bakı metrosu bu gün də sərnişinlər üçün problem yaradıb. Milli.az-ın məlumatna görə, xətlərdən birində yaranmış problem qatarların gecikməsinə səbəb olub. Metronun "Həzi Aslanov"dan "İçərişəhər"ə, o cümlədən "Dərnəgül"dən "28 May" stansiyasına gələn qatarlar tunellərdə dayanaraq stansiyalara gecikmə ilə çatıblar.

Bakı Metropoliteninin Hərəkət Xidmətinin baş mühəndisi Etibar İsayev açıqlamasında bildirib ki, iki, qatalardan birində nasazlıq yaranıb. Bunun nəticəsində qatarların hərəkətində 5-7 dəqiqə ləngimə olub.

Baş mühəndisin sözlərinə görə, xarab olmuş qatar xətdən çıxarılıb və hazırda hərəkət bərpa olunub.

ANS Press