Xəbər lenti

Bakı metrosu yeni kart sisteminə keçdi
Ölkə15:30 08.08.2015

Bakı metrosu yeni kart sisteminə keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, bu gündən etibarən Bakıda yeni metrokartları istifadəyə verilib. Sərnişinlərin bildirdiyinə görə, köhnə kartların istifadəsi vaxtından əvvəl dayandırılıb.
Kartlarının vaxtından əvvəl blok olunduğunu deyən şikayətçilər, nə hesablarına gediş yükləyə, nə də metroya daxil ola bilirlər.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev azvision.az-a açıqlamasında narahatçılığa əsas olmadığını deyib.
Hazırda məzuniyyətdə olduğunu deyən mətbuat katibi qeyd edib ki, köhnə kartların istifadəsində heç bir problem yoxdur, hər şey qaydasındadır.
Qeyd edək ki, avqustun 15-dən sentyabrın 30-dək "Metrokart"ın girov dəyəri sadəcə gediş haqqı kimi istifadə olunacaq. Sentyabrın 30-dək metropolitendə "Metrokart" və "Bakıkart"ın birgə istifadəsi həyata keçiriləcək.
Sentyabrın 30-dan etibarən "Metrokart"ın istifadəsi dayandırılacaq.
Qaynar.info