Xəbər lenti

Bakı metrosunda dəhşət: Ər arvadını bıçaqladı
Ölkə18:07 04.09.2018

Bakı metrosunda dəhşət: Ər arvadını bıçaqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı metrosunun "Nəsimi” stansiyasında bıçaqlanma hadisəsi baş verib.
Bu barədə "Qafqazinfo"ya açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib. 
Onun sözlərinə görə, bu gün saat 19:23 radələrində metronun platformasında ər və arvad mübahisə edib:
"Kişi həyat yoldaşına iki bıçaq zərbəsi yetirib. Qadın təcili tibbi yardımla xəstəxanaya aparılıb. Hadisə yerinə gələn polis şübhəli şəxsi saxlayıb”. 
Faktla bağlı araşdırma aparılır.