Xəbər lenti

Bakı metrosunda görünməmiş hadisə - FOTO
Ölkə08:19 20.10.2014

Bakı metrosunda görünməmiş hadisə - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün axşam saatlarında Bakı metrosunda qəribə hadisə baş verib.

Qaynar.info ölkə.az-a istinadla xəbər verir ki, İnşaatçılar metro stansiyasında çoban libasında bir vətəndaş  yanında iki qoyunla metrostansiyaya daxil olub. Fotoda da gördüyünüz kimi polis əməkdaşı çobanı saxlayıb və qoyunlar ilə metroya daxil olmağa icazə verməyib.

Hadisə şahidlərinin sözlərinə görə ən maraqlı məqam isə budur ki, çoban da orada olan polislərə təkid edib ki, o metro ilə getməlidir, yağışın altında iki qoyunla evə getməyin başqa yolunu görmür.

Çobanın təkidlərinə baxmayaraq polis əməkdaşı çobanın qoyunlarla metrodan istifadə etməsinə icazə verməyib.

Qaynar.info