Xəbər lenti

Bakı metrosunda görünməmiş hadisə - VİDEO
Ölkə10:40 11.03.2017

Bakı metrosunda görünməmiş hadisə - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı metrosunda maraqlı hadisə baş verib.
"Qaynar" baku.wsə istinadən xəbər verir ki, metronun Dərnəgül stansiyasından qatara daxil olan bir qrup gənc milli musiqi alətlərimiz olan tar və sazla Arazbarı musiqisini ifa ediblər. Metro sərnişinlərinə əsl musiqi səfası yaşadan gənclərin bu addımı sosial şəbəkədə rəğbətlə qarşılanıb. Həmin gənclərin Asəf Zeynallı adına musiqi kollecinin tələbələri olduğu ehtimal edilir.
Qeyd edək ki, Arazbarı – "Şur" muğam ailəsinə daxil olan zərbi muğamdır. Dinləyicidə lirik, nikbin əhvali-ruhiyyə yaradır. Bəzən xorla da oxunur. Arazbarının mahir ifaçılarında biri böyük xanəndə Seyid Şuşinski sayılır. 
Qaynar.Az