Xəbər lenti

Bakı metrosunda kamera oğurlandı
Ölkə05:57 22.09.2014

Bakı metrosunda kamera oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı metrosunda kamera oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sentyabrın 15-də metronun "Nərimanov" stansiyasında Astara rayon sakini Rəşad Məhərrəmova məxsus videokamera qatarda oturacağın üzərindən oğurlanıb.

Bu barədə məlumat daxil olan kimi əməliyyat başlanıb. Metropolitendə polis şöbəsində Cinayət-Axtarış Qrupunun keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elxan Tağıyev müəyyən olunub.

Keçirilən əməliyyat zamanı Elxan Tağıyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info