Xəbər lenti

Bakı metrosunda ölümün səbəbi məlum oldu
Ölkə09:44 19.09.2014

Bakı metrosunda ölümün səbəbi məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi Bakı metrosunda baş verən ölüm hadisəsilə bağlı məlumat yayıb.

Qaynar.info-nun nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, metronun "Koroğlu" stansiyasında 62 yaşlı kişi ölüb.

Araşdırmalar zamanı onun Bakı şəhər sakini Nazim Seyidbəyli olduğu məlum olub. Həm də, o da məlum olub ki, Nazim Seyidbəyli infartktdan ölüb.

Qeyd edək ki, dünən gün səhər saat 08:20 radələrində “Koroğlu” stansiyasında platformada dayanan sərnişinlərdən birinin vəziyyəti qəflətən pisləşib.

Metropolitenin mətbuat xidmətindən Qaynar.info-nun verilən məlumata görə, vəziyyəti pisləşən şəxs 1953-cü il təvəllüdlü Nazim Ağakərim oğlu Seyidbəyli olub. Dərhal hadisə yerinə təcili yardım çağırılıb. Lakin həkimlər gələnə qədər Nazim Seyidbəyli dünyasını dəyişib.

Qaynar.info