Xəbər lenti

Bakı metrosunda mühüm yenilik
Ölkə13:49 05.11.2014

Bakı metrosunda mühüm yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Lakin hələlik gözləyirik".

Bakının metro stansiyalarında kartyükləmə aparatları yeniləri ilə əvəz olunacaq.

Qaynar.info xəbər verir ki, bunu SalamNews-a Bakı Metropoliteni qapalı səhmdar cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev bildirib.

O, artıq bununla bağlı müzakirələrin aparıldığını söyləyib:

"Bakı Metropolitenində yeni texnologiyaların tətbiqi ilə əlaqədar kartyükləmə aparatlarının dəyişdirilməsi də nəzərdə tutulub. Lakin hələlik gözləyirik. Məlum olduğu kimi, hazırda ictimai nəqliyyatda vahid kart sisteminə keçilməsi ilə bağlı işlər aparılır. Qərar verilərkən digər funksiyalı aparatların alınması da nəzərdə tutula bilər."

Qaynar.info