Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində ciddi problemlər yaranıb. Qatarlar stansiyalarda və tuneldə dayanıb, hərəkət etməyib. Sərnişinər stansiyada vaqonlardan düşürülüb.
Məsələyə aydınlıq gətirmək üçün cebhe.info-nun əməkdaşı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxlayıb.
N.Paşayevin sözlərinə görə, bir qatarda yaranan texniki problem digər qatarların da gecikməsinə səbəb olub: “Texniki problemi olan qatar depoya göndərilib. Daha sonra qatarların fəaliyyəti bərpa olunub”.
Qaynar.Az