Xəbər lenti

Bakı metrosunda qatarda nasazlıq yarandı
Ekonomiks07:24 19.05.2022

Bakı metrosunda qatarda nasazlıq yarandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatarında nasazlıq yaranıb.
Qaynarinfo səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bununla əlaqədar "Ulduz" stansiyasında sərnişinlər düşürülüb.
Qatar depoya göndərilib, əvəzinə qatar verilib. Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq.