Xəbər lenti

Bakı metrosunda qorxulu anlar: Uşaq son anda xilas edildi
Ölkə13:20 28.09.2016

Bakı metrosunda qorxulu anlar: Uşaq son anda xilas edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün axşam saatlarında Bakı metrosunun "İçəri şəhər" stansiyasında qorxulu hadisə yaşanıb.
Milli.Az xəbər verir ki, təxminən 3-4 yaşında oğlan uşağ anası ilə adıçəkilən stansiyanın eskalatoruyla platformaya düşərkən ayağı eskalatorun sol küncündə, aşağıdakı rezin qatla dəmirin arasına keçib. İlk öncə heç kəs bunun fərqində olmasa da, uşaq qəfil qışqırarkən dərhal yaxınlıqdakı insanlar uşağın ayağını dartıb çıxarmağı bacarıblar.
Körpənin anası uşağa nəzarət etmədiyi azmış kimi, üstəlik bu həyəcanlı hadisəyə görə azyaşlını şillələyib. Uşaq tez-tez anasına ayağının bərk ağrıdığını deyib.
Qaynarinfo.Az