Xəbər lenti

Bakı metrosunda "skuter" sürən gənc həbs edildi (VİDEO)
Ölkə12:11 08.01.2024

Bakı metrosunda "skuter" sürən gənc həbs edildi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda metrosunun vaqonunda "skuter" sürüb, sosial şəbəkədə paylaşmaq istəyən şəxs həbs edilib. 
Qaynarinfo-nun məlumatına görə, hadisə metronun "Azadlıq" stansiyasında qeydə alınıb. 
Belə ki, 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş Fərid Əkbərov (ad-soyad şərti) axşam 22.00 radələrində metronun "Azadlıq" stansiyasında qatarın içərisində dostuna məxsus "skuter"i sürüb vaqondakı sərnişinləri narahat edib. Sosial şəbəkədə paylaşmaq bu hadisə dostu tərəfindən videoya çəkilib. 
Həmin şəxs yanvarın 7-də inzibati saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 
Məhkəmənin qərarı ilə Fərid Əkbərov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 5 gün müddətə inzibati qaydada həbs edilib.
Əhməd