Xəbər lenti

Bakı metrosunun əməkdaşı iş yerində vəfat etdi
Ölkə06:36 22.12.2021

Bakı metrosunun əməkdaşı iş yerində vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki, 1965-ci il təvəllüdlü Eldar Süleymanov iş yerində vəfat edib.
Bu barədə Qaynarinfo-ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Onun sözlərinə görə, mərhum bu gün səhər saat 7:55-də metronun "Elmlər Akademiyası" stansiyasında olarkən özünü pis hiss edib. Dərhal stansiyaya təcili tibbi yardım xidməti cağırılıb, buna qədər isə ona ilkin tibbi yardım edilib. Həkim gələnə qədər isə E.Süleymanov dünyasını dəyişib.
Allah rəhmət eləsin!