Xəbər lenti

Bakı metrosunun eskalatoru 3 aylıq təmirə dayanır
Ölkə16:20 23.02.2015

Bakı metrosunun eskalatoru 3 aylıq təmirə dayanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Metropoliteninin "İnşaatçılar" stansiyasının 1-ci çıxışında (Yasamal ATS-i tərəfdən) 3 saylı eskalatorun əsaslı təmirinə başlanılır.

Qaynar.info "APA-Economics”ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, qeyd olunan istiqamətdə 3 saylı eskalator 24 fevraldan təmirə dayandırılacaq. 

Qeyd edək ki, əsaslı təmirin 22 may tarixində başa çatdırılması nəzərdə tutulub.

Qaynar.info