Bu gün səhər saatlarında Bakı Metropoliteninin qarşısında ölüm hadisəsi baş verib. Anspress-in məlumatına görə hadisə metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında qeydə alınıb.
Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlum olub ki, dünyaını dəyişən Ağdam rayonundan olan 1948-ci il təvəllüdlü Vidadi İbrahimovdur.
İlkin ehtimala görə, o ürək tutmasından dünyasını dəyişib. Faktla bağlı 28-ci polis bölməsində araşdırma aparılır.
Qaynar.info