
Bu gün səhər saatlarında Maxaçkalada Bakı-Moskva qatarının reysi üzərində naməlum əşya tapılıb.
Qaynar.info-nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn polis həmin əşyanın kustar üsulla hazırlanmış bomba olduğunu təsdiq edib.
Ərazi dərhal boşaldılıb, hadisə yerinə bomba mütəxəssisləri çağırılıb.
Qaynar.info