Xəbər lenti

Bakı mühüm logistika yaratmağı bacarıb - Deputatın şərhi
Siyasət 22:02 13.10.2022

Bakı mühüm logistika yaratmağı bacarıb - Deputatın şərhi

"Astanada keçirilən "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə”nin 6-cı Zirvə Toplantısı dünyada baş verən mühüm dəyişiklər kontekstində baş tutur”.
 
Qaynarinfo xəbər verir ki, belə bir açıqlama ilə Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edib.

"AQEM özlüyündə Asiya əhalisinin yüzdə 90-ini əhatə edən dövlətlərin birliyi kimi çıxış edir. Bu isə eyni zamanda həm də Asiya iqtisadiyyatının təqribən həmin potensialda inteqrasiyası deməkdir. Ona görə də bu toplantıda müzakirə olunan məsələlər Asiaya regionun gələcəyi və onun Avropa ilə əlaqələri baxımından olduqca əhəmiyyətlidir”, deyə Hikmət Babaoğlu bildirib.



Deputat qeyd edir ki, bu müşavirə təşkilata çevrilərsə, qurumun tarixində keyfiyyətcə yeni mərhələ başlayacaq:

"Gündəmdə olan əsas məsələlərdən biri də AQEM-in statusu ilə bağlıdır. Əgər bu müşavirə təşkilata çeviriləcksə, bu, qrumun tarixində keyfiyyətcə yeni mərhələ başlayacaq və daha səmərəli fəaliyyət göstərmək imkanları yaranacaq. AQEM bəzən Asiyanın ATƏT- kimi görülür və təqdim edilir”. 

H.Babaoğlunun fikrincə, Azərbaycanın bu konfransda iştirakı bir neçə aspektdən olduqca  əhəmiyyətlidir:

"Qeyd etmək lazımdır ki ,bu beynəlxalq plarformanın inteqrsiyası üçün rəsmi Bakı mühüm logistika və qovşaq yaratmağı bacarıb. Hazırda isə yeni reallıqlar kontekstində nəqliyyat kommunikasiya əlaqələrinin dərinləşməsi və optimallaşması üzrə tamamilə yeni bir dəhliz təklif edir. Bu, Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi orta vektor üzrə bütün növ kommunikasiyalarn məsəfəsini 300 km qısalatmaqla operativ əlqələr və inteqrasiya təmin etmək imkanlarına sahibdir. Ona görə də Azərbaycan Preziidenti İlham Əliyev AQEM zirvəsindəki çııxışında bir daha bu məsləyə toxundu. Eyni zamanda erməni vandalizmini yenidən konfrans iştirakçılarının diqqətinə çatdırmaqla Ermənistanın yenə də regional sülhü təhdid etdiyini bidirdi. Azərbaycan ərazisində bir milyondan çox mina basdıran bir ölkənin indi də kommunikasiyaların açılmasına mane olması şübhəsiz ki, AQEM ölkələrinin qrşılıqlı inteqrasiyasına da mənfi təsir göstərir. Zirvə toplantısında regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə bağlı Azərabycan Prezidenti bir sıra ikitərfəli görüşlər keçirdi ki, bunların hər biri milli təhlükəsizliyimizn və regional təhlükəsizliyin gələcək strateji arxitekturası baxımından olduqca əhəmiyyətli idi”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->