Xəbər lenti

Bakı-Naxçıvan aviareysi niyə təxirə salındı
Ölkə10:29 11.07.2013

Bakı-Naxçıvan aviareysi niyə təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün saat 14.00-da yerinə yetirilməli olan Bakı-Naxçıvan aviareysi təxirə salınıb.

Həmin reysə bileti olan vətəndaşlar “APA-Economics”ə bildirib ki, qeydiyyatına saat 12.00-da başlanmalı olan uçuşun saat 18.00-da baş tutacağı bildirilib.

“AZAL”ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə “APA-Economics”ə deyib ki, 253-cü Bakı-Naxçıvan aviareysinin ləngiməsinə təyyarə çatışmazlığı səbəb olub: “Bizim bu günə təyin olunmuş bütün uçuşlarımız öz qaydasında həyata keçirilib. Yalnız 253-cü Bakı-Naxçıvan aviareysi təyin olunduğu vaxtdan gec uçmalı olub. Bu isə təyyarə çatışmazlığı ilə əlaqədardır. Hazırda İstanbulda olan təyyarə geri qayıdan kimi bu istiqamət üzrə aviareysi həyata keçirəcək”.

Qaynar.info