Xəbər lenti

​Bakı-Naxçıvan təyyarəsi məcburi eniş etdi
Ölkə18:57 13.06.2015

​Bakı-Naxçıvan təyyarəsi məcburi eniş etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı-Naxçıvan marşrutu üzrə "AHY-2253" reysini həyata keçirən “Boeing-757” təyyarəsi avialaynerin hidrosistemlərinin birində təzyiqin düşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb.
“Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, belə nasazlıqla uçuş təyinat məntəqəsində mümkün idi, lakin ekipaj komandiri nasazlığın uçuşun doqquzuncu dəqiqəsində - havaya qalxdıqdan dərhal sonra baş verdiyini nəzərə alaraq enişi uçuşun edildiyi aeroportda həyata keçirmək qərarını alıb. Yerli vaxtla saat 21:02-də eniş ştat rejimində əmin-amanlıqla başa çatıb.
Qayıdan təyyarənin sərnişinləri yerli vaxtla saat 22:45-də ehtiyat “Boeing-757” təyyarəsi ilə Naxçıvana yola salınacaq.
Qaynar.info