Xəbər lenti

Bakı Olimpiya Stadionuna 12 min bilet satılıb
İdman12:50 04.10.2016

Bakı Olimpiya Stadionuna 12 min bilet satılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Norveç matçına bilet satışı davam edir. 

Qaynarinfo.Az xəbər verir ki, artıq bu oyuna 12 mindən çox bilet satılıb.

Qeyd edək ki, sözügedən qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Arenanın 68 min azarkeş tutumuna malik olduğunu nəzərə alsaq, çətin ki, bu oyunda tribunalarda anşlaq yaşansın.

Onu da bildirək ki, Azərbaycan - Norveç matçı oktyabrın 8-də keçiriləcək və saat 20:00-da start götürəcək.

Qaynarinfo.Az