Xəbər lenti

Bakı-Qazax yolunda ağır qəza: 1 ölü, 4 yaralı
Ölkə19:32 06.05.2014

Bakı-Qazax yolunda ağır qəza: 1 ölü, 4 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, 1955-ci il təvəllüdlü İlyas Qurbanovun idarə etdiyi “VAZ 2109” markalı avtomobillə, 1992-ci il təvəllüdlü Altun Hüseynovun idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub. 

Qəza nəticəsində “VAZ 2109” un sürücüsü və maşında olan 5 sərnişin yaralanaraq xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olan “VAZ 2109” un sürücüsü İlyas Qurbanovun həyatını Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həkimləri xilas edə bilməyiblər. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Qaynar.info