Xəbər lenti

Bakı-Qazax yolunda ağır qəza baş verib - 1 ÖLÜ
Ölkə04:35 14.10.2013

Bakı-Qazax yolunda ağır qəza baş verib - 1 ÖLÜ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunda Bakı-Qazax yolunun 133-cü kilometrliyində "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
 
Trend-in məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü 1973-cü il təvəllüdlü Saatov Nəriman Ağaveyis oğlu hadisə yerində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
 
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə N.Saatovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
 
Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Qaynar.info