Bu gün Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 91-ci km-də qeydə alınıb.
90 UX 211 dövlət nömrə nişanlı “Mersedes” markalı nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində iki nəfər Bakı şəhər sakinləri 1990-cı il təvəllüdlü Tağıyeva Aylin Elşən qızı və 1992-ci il təvəllüdlü Əliyeva Mədinə Natiq qızıdır. Hər iki şəxs Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib. İlkin tibbi yardımdan sonra paytaxda yerləşən tibb müəssisələrindən birinə göndərilib.
Faktla bağlı araşdırmalar aparılır.
Qaynarinfo.az