Xəbər lenti

Bakı-Quba yolunda təhlükəli vəziyyət (QƏZA)
Ölkə21:12 28.03.2013

Bakı-Quba yolunda təhlükəli vəziyyət (QƏZA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı-Quba yolundakı, Sumqayıt - H.Z. Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrində yerləşən körpü avtomobillərin hərəkəti üçün təhlükəli olduğundan bağlanılıb. 

Qaynar.info xəbər verir ki, bu barədə Trend-ə hadisə yerində olan şahidlər məlumat verib. Şahidlərin məlumatına görə, Sumqayıt - H.Z. Tağıyev qəsəbəsi yolununn 7-ci kilometrində yerləşən körpüdə avtomobil hərəkəti dayandırılıb. Hal-hazırda "Azəryolservis" ASC-nin mütəxəssisləri körpünü yoxlayırlar.

Körpü Sumqayıt çayı üzərində salınıb.

Qaynar.info