Xəbər lenti

Bakı-Sabunçu qatarı 3 gün işləməyəcək
Ölkə16:12 29.05.2019

Bakı-Sabunçu qatarı 3 gün işləməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarları mayın 31-də, iyunun 1-2-də işləməyəcək. 
Qaynarinfo "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, təmirlə əlaqədar qatarların hərəkəti 3 günlük dayandırılacaq. İyun ayının 3-dən etibarən qatarlar yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Gediş plastik kartla və biletlə təşkil olunacaq. Bu barədə sərnişinlərə əlavə  məlumat veriləcək.