Dəm qazı daha bir nəfərin həyatına son qoyub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 22-də Bakı şəhər sakini Şəhriyar Qafarov Binə qəsəbəsində yaşadığı evdə dəm qazından zəhərlənib. Onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.