Xəbər lenti

Bakı sakini Gəncədə güllələndi
Ölkə16:11 14.04.2016

Bakı sakini Gəncədə güllələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə Bakı şəhər sakini güllələnib.

Qaynar.info Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Gəncə şəhər Nizami rayon ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 20 yaşlı Mətləb Həsənzadə sağ ayaqdan yaralanma diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra həyatı təhlükəsi aradan qalxıb.

Zərərçəkmişin bildirdiyinə görə, ona tanımadığı şəxslər odlu silahdan atəş açıblar.

Qaynar.info