Xəbər lenti

Bakı sakini uşaqlarının gözü önündə öz başını kəsdi
Ölkə05:13 29.07.2013

Bakı sakini uşaqlarının gözü önündə öz başını kəsdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
46 yaşlı kişi ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib

Bakıda 46 yaşlı kişi intihara cəhd edib. Lent.az-ın məlumatına görə, Babək prospekti ev 64, mənzil 31 ünvanında 1967-ci il təvəllüdlü Rauf Əliyev həyat yoldaşı və uşaqlarının gözü qarşısında bıçaqla öz boğazını kəsib. 46 yaşlı kişi ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, R.Əliyev kəskin diyaliz xəstəliyindən əziyyət çəkir və şiddətli ağrılara dözə bilmədiyinə görə intihar etmək istəyib.

Faktla əlaqədar araşdırmalar aparılır.


Qaynar.info