Xəbər lenti

Bakı-Sumaqayıt qatarının hərəkət intervalı açıqlandı
Ölkə08:00 05.09.2015

Bakı-Sumaqayıt qatarının hərəkət intervalı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 15 də işə düşəcək Bakı-Sumaqayıt sürət qatarının işləmə intervalı məlum olub. Anspress-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" idarəsinin mətbuat katibi Nadir Əzməmmədov bildirib ki, artıq vaxt cədvəli hazırdır.
“Qatarlar arasında interval pik vaxtlara görə nizamlanacaq. Sumqayıtdan Bakı istiqamətinə səhər saat 6-dən saat 12-yə qədər qatarlar 30 dəqiqə intervalla xidmət gösdərəcək. Əks istiqamətidə isə bu proses saat 16:00-dan 21:00-a kimi davam edəcək."
Nadir Əzməmmədov adi vaxtlarda qatarların 1 saat ara ilə işləyəcəyini bildirdi. 
Nadir Əzməmmədov-"Azərbaycan Dəmir Yolları" idarəsinin mətbuat katibi 
Mətbuat xidmətinin rəhbəri onu da əlavə etdi ki, Bakı-Sumqayıt istiqamətində kart sisteminin tətbiqi nəzərdə tutulur. Bunun üçün post-terminallar quraşdırılır. 
Sentyabrın 2-də Bakıdan Sumqayıta ilk işçi qatarı yola düşüb. 
İlk işçi qatari ilə QSC-nin rəhbər işçiləri, Sərnişindaşıma, Elektrik-Təchizatı Departamenti, İnfrastruktur Departamenti, Rabitə-Siqnalizasiya departamentinin əməkdaşları və texniki heyət göndərilib.
Qaynar.info