Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) hava şəraiti ilə əlaqədar tabeçiliyində olan bütün yollarda təmizləmə işləri aparır.
Bu barədə Qaynarinfo-ya AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli məlumat verib. Qurum rəsmisi bildirib ki, hazırda AAYDA-nın 300 dən çox texnikası qarlı hava şəraiti ilə bağlı işlək vəziyyətdədir:
"Yolarda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur. Bakı-Sumqayıt yolunda bu işlər mütamadi olaraq aparılır. Bakı dairəvi yolunda da təmizləmə işlərinə ciddi nəzarət edilir”.
Bəzi sürücülərin Bakı-Sumqayıt yolunda vəziyətin acınacaqlı olması ilə bağlı narazılığına cavab olaraq Anar Nəcəfli bildirib ki, bu barədə müvafiq qurumlar da xəbərdarlıq edib:
"Bakı-Sumqayıt yolu qardan təmizlənir, duz və qum səpilir. Axşama doğru yollar buz bağlamasın deyə yenidən texnikalar işə salınacaq. Amma sürücülər də avtomobillərini ehtiyatla idarə etməlidirlər”.
Əhməd