Xəbər lenti

Bakı-Sumqayıt yolunda tıxac
Ölkə12:14 26.06.2013

Bakı-Sumqayıt yolunda tıxac

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yoldan hərbi texnikaların aparılması nəticəsində hərəkət dayandırılıb

Sumqayıt-Bakı yolu, Sumqayıt dairəsində yollar bağlanıb. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yolda avtomobillərin hərəkəti tamamilə dayandırılıb. Nəticədə yolda böyük tıxac yaranıb.

Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, yolun bağlanmasına səbəb ərazidən hərbi texnikaların daşınmasıdır. Yaxın saatlarda artıq yolda hərəkət bərpa olunacaq.

Qaynar.info