Xəbər lenti

Bakıda 1 milyon manatlıq maşın sürən tələbə var - Foto
Ölkə09:46 17.09.2016

Bakıda 1 milyon manatlıq maşın sürən tələbə var - Foto

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Dövlət İqtisad Universitetinin yaxınlığında görünən bir avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib. Qaynarinfo.az-ın criminal.az-a istinadla verdiyi xəbərə görə, yaxınlıqda olan şəxslər bu maşının universitet tələbələrindən birinə aid olduğunu bildiriblər.
"Lamborghini Aventador LP-740" markalı bu avtomobilin qiymətinin 650 min ABŞ dolları (1 milyon manatdan baha) olduğu bildirilir. Maşının isə "Şərur" MTK-nın sədri "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı, İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsus olduğu bildirilir.
Lakin iş adamı hələ 2 il bundan öncə  mətbuata açıqlamasında həmin maşının oğluna aid olduğunu inkar etmişdi.
Qaynarinfo.Az