Xəbər lenti

Bakıda 1 yaşlı uşaq öldü, daha 4 yaralı - Dəhşət
Ölkə05:51 23.03.2014

Bakıda 1 yaşlı uşaq öldü, daha 4 yaralı - Dəhşət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda dəhşətli yol qəzası baş verib. Qaynar.info-nun lent.az-a istinadən məlumatına görə, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində “Subaru Forester” və “Kia” markalı iki avtomobil toqquşub. Nəticədə “Subaru”da olan sürücünün 1 yaşlı övladı Rzayev Sadiq Əkbər oğlu hadisə yerindəcə keçinib. Daha 4 nəfər isə ağır yaralanıb.
 
Bildirilir ki, “Subaru” markalı avtomobil yola arxa-arxaya çıxarkən yüksək sürətli “Kia”nın zərbəsinə tuş gəlib. Qəzada yaralananlar arasında həlak olmuş azyaşlının atası və digər ailə üzvləri də var.

Qaynar.info