Xəbər lenti

Bakıda 100-ə yaxın çoxmərtəbəli bina tikilir
Ekonomiks07:45 18.10.2017

Bakıda 100-ə yaxın çoxmərtəbəli bina tikilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"2016-cı ildə Azərbaycanda 15 minə yaxın mənzil, 12 mindən çox fərdi yaşayış evi istifadəyə verilib".

"Qaynarinfo" APA-ya istinadən xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktorunun müavini Sadıq Sadıqov bildirib.

Onun sözlərinə görə, ölkənin inşaat sektorunda 100 minə yaxın işçi çalışır.

"Təkcə Bakıda 100-ə yaxın çoxmərtəbəli bina tikilir. 1843 ailəni yeni mənzillə təmin edəcək MİDA-nın Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam edir və 2018-ci ilin yayında təhvil verilməsi planlaşdırılır. Kompleksin tikintisində 20-dən artıq şirkət podratçı qismində iştirak edir. Tikintiyə ümumilikdə 3500-ə yaxın işçi cəlb olunub. Agentliyin hazırda layihələndirmə mərhələsində olan yeni yaşayış kompleksi 3000 mənzildən ibarət olacaq", - deyə qurum rəsmisi vurğulayıb.

Qaynarinfo.Az