Xəbər lenti

Bakıda 12 avtomobil toqquşdu - FOTOLAR
Ölkə20:28 14.09.2016

Bakıda 12 avtomobil toqquşdu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Axşam saatlarında paytaxtın Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib.
Yeraltı yol ötürücüsündə 12 avtomobil toqquşub.
İlkin məlumata görə, qəzaya "MAN" markalı yük maşınını idarə edən Xaliq İbrahimovun sükan arxasında yuxulaması olması səbəb olub.
Qəza zamanı yük maşını sürət həddini aşıb. Nəticədə "MAN"la yanaşı, 3 "Mercedes", həmçinin "Nissan", "Lexus", "Priora", BMW və 4 digər avtomobilə ziyan dəyib.
Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb. Qəza nəticəsində tuneldə təqribən 1 saatdan çox sıxlıq yaranıb. (Report)
Qaynarinfo.Az