Bakının mərkəzində bina yanır. Bu barədə Qaynar.info-ya hadisə şahidləri məlumat verib.
Binəqədi rayonu, Azadlıq prospekti 289 ünvanında yerləşən 16 mərtəbəli penaplast örtüklü binada bir qədər əvvəl güclü yanğın baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcli yardım maşınları cəlb olunub.
Qaynar.info




