Xəbər lenti

Bakıda 18 mərtəbəli binada yanğın: sakinlər təlxiyə olundu
Ölkə18:24 11.07.2013

Bakıda 18 mərtəbəli binada yanğın: sakinlər təlxiyə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda 18 mərtəbəli binada bu gün axşam saatlarında yanğın qeydə alınıb. 
APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda 18 mərtəbəli 2 bloklu  yaşayış binasının 2-ci mərtəbəsindən 18-ci mərtəbəsinə kimi şaxtada yanğın baş verib.
Yanğın nəticəsində şaxtadan keçən kabellərin izolyasiyası 150 p.m və 18 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub.
Yanğın zamanı  yanğınsöndürənlər tərəfindən təhlükəli zonadan  24 nəfər bina sakini  (onlardan 6 nəfəri azyaşlı uşaq, 4 nəfər yaşlı adam olmaqla) təxliyə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.