Xəbər lenti

Bakıda 21 yaşlı qızın inanılmaz cinayət əməli
Ölkə05:30 09.07.2014

Bakıda 21 yaşlı qızın inanılmaz cinayət əməli

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Paytaxtda məşhur şirkətin qarşısını fahişəxanaya çevirdi.

Bakıda gənc qızın inanılmaz cinayət əməli ifşa olunub. Cəmi 21 yaşı olan qız işlədiyi mərkəzin qarşısını fahişəxanaya çeviribmiş.

Belə ki, Naxçıvan sakini olan Zeytunə Mirzəyeva adı gizli saxlanılan bir qadını hər gün işlədiyi şirkətin qarşısında fahişəliyə məcbur edib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Z.Mirzəyevanın gəlir əldə etmək üçün etdiyi əməllər Nərimanov rayonu ərazisində yerləşən “Bakond” ticarət mərkəzinin qarşısında baş verib.

Z.Mirzəyeva İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır (Oxu.az).

Qaynar.info