Xəbər lenti

Bakıda 2,5 milyon manata maşınlar satılır - VİDEO
Ölkə18:52 06.06.2014

Bakıda 2,5 milyon manata maşınlar satılır - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
100 km sürəti 3 saniyədən də az bir vaxta yığan avtomobillər Bakıya gətirilib

Avtomobil bazarinda yenilik var. Artıq ürəyiniz istəyən son model maşın almaq üçün uzaq məsafə qət etməyə ehtiyac yoxdur.

ANS TV-nin məlumatına görə, günü-gündən paytaxt yollarında bahalı avtomobillərin sayı artmaqdadır. İndi avtomobil bazarına daha bir məşhur brend qoşuldu. Bu 1963-ci ildən İtaliyada istehsalına başlanılan “Lamborghini” avtomobilləridir. Xüsusən, adrenalin və sürət həvəskarı olan gənclərin sevimlisi olan idman üslublu bu avtomobillərin ən müassir modelləri artıq Bakıda satışdadır. Hələlik salonda 5 maşın yer alsa da, gələcəkdə onların sayının artacağı istisna olunmur.

“Lamborghini” şirkətinin nümayəndəsi Kristian Mastronin sözlərin görə, müştərilərə ən yaxşı xidmət göstərəcəyini bildirib: “Ona görə də, ”Lamborghini” Bakı təmsilçimz onlar üçün bir istinad nöqtəsinə çevriləcək. Biz bütün lazımi alətlər, ehtiyyat hissələrinin gətirilməsi, Bakıdakı heyətə müəyyən təlimlərin keçirilməsi və s. bütün bunları həyat keçirəcəyik ki, bizim müştərilərimiz heç nədən korluq çəkməsinlər”.

100 km sürəti 3 saniyədən də az bir vaxta yığan bu maşınların Bakıda olan modellərindən ən bahalısının qiyməti yarım milyon manata yaxındır.

Qaynar.info