Xəbər lenti

Bakıda 300-ə qədər stomatoloji kabinet bağlandı
Ölkə07:52 17.01.2014

Bakıda 300-ə qədər stomatoloji kabinet bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhiyyə və Vergilər nazirlikləri tərəfindən Bakıda fəaliyyət göstərən 300-ə qədər stomotoloji kabinetin fəaliyyəti dayandırılıb. 

Bu sahədə çalışan, adının çəkilməsini istəməyən həkimdən aldığımız məlumata görə obyektlərin bağlanması bir neçə səbəblə bağlıdır. «Səhiyyə Nazirliyi obyekt sahibəlrindən lisenziya almağı tələb edir. Bundan başqa belə stomotoloji kabinetlərin əksəriyyəti gigiyenik qaydalara əməl etmir. Onlar ölkədə yayılan təhlükəli virusların, o cümlədən Hepatit C virusunun yayılma mənbəyidir. Nazirliyin bu sahəni nəzarətə götürməsi yaxşı haldır, amma gərək sahibkarların hüquqları qorunsun, proses onlara zərər dəymədən aparılsın». 

Mənbənin məlumatına görə paytaxtda binaların zirzəmisində yerləşən, xidmət üçün şəraiti olmayan stomotoloji kabinetlərin əksəriyyəti fəaliyyətini dayandırılacaq. Onları yeni, müasir avadanlıqlarla təchiz edilmiş stoiotoloji klinikalar əvəzləyəcək».

Mənbə aparılan proseslə bağlı narahatlığını da bölüşüb: «Bu sahədə minlərlə insan çalışır. Kabinetlərin ucdantutma bağlanması xeyli sayda insanın iş yerlərini itirməsi ilə nəticələnə bilər. Ona görə də müvafiq qurumların bu sahədə nizam yaratmaq səyləri  həkimlərin işsiz qalmaları ilə nəticələnməməlidir».

Qaynaq daha sonra bildirib ki, Vergilər Nazirliyinin əməkdaşları da tez-tez onlara «baş çəkir». «Bizə bildirirlər ki, guya vergidən yayınırıq, gəlirlərimizi gizlədirik, haqqımızda ölçü götürüləcək».

Qaynar.info