Xəbər lenti

Bakıda 320 min dollara "Galendvagen" satılır - FOTOLAR
Ölkə10:00 20.10.2014

Bakıda 320 min dollara "Galendvagen" satılır - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ərəb şeyxlərinin 6-təkərli maşını Bakıda satılır.

Almaniyanın «Mercedes-Benz» avtokonserninin xüsusi sifarişlərlə istehsal etdiyi və ekstravaqant dizaynı, habelə unikallığı ilə ad çıxaran avtomobillərindən biri də «Mercedes-Benz G63 AMG»-dir. Bu modelin «BRABUS Edition» variantı isə 3-oxlu, 6-təkərlidir və Qərbdə "Ərəb şeyxlərinin avtomobili" kimi tanınır.

Qaynar.info milli.az-a istinadla bildirir ki, 5500 sm³ həcmli mühərriklə təchiz olunmuş bu model 100 km/saat sürəti cəmi 7 saniyəyə əldə edir. Bakıda satışa çıxarılmış sözügedən modelin ilkin satış qiyməti 320 min dollardır.

Qaynar.info