Xəbər lenti

Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı
Ölkə 12:10 07.08.2026

Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı

Bakıda mənzildən meyit tapılıb.

Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən saat 21 radələrində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 31-də yerləşən binadakı evlərin birində baş verib.

Saatlı rayon sakini 1991-ci il təvəllüdlü Xubayar Ehtibar oğlu Rüstəmzadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı mənzildə aşkar edilib.

Qeyd edək ki, X.Rüstəmzadə ölkədə tanınmış banklardan birinin bölmə rəhbəri olub. O, həm də Azərbaycan Banklar Assosiasiyasının (ABA) eksperti kimi tanınıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->