Xəbər lenti

Bakıda 3778 manata "Mercedes" satılır - HƏRRAC
Ölkə10:23 25.06.2015

Bakıda 3778 manata "Mercedes" satılır - HƏRRAC

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 21-də hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. Qaynar.info avtosfer.az-a istinadən xəbər verir ki, iyulun 21-də keçiriləcək hərraca 24 ədəd avtomobil çıxarılacaq. 
Hərracda ən köhnə avtomobil 1987-ci il istehsalı olan "Traktor T-40" 445 manata, ən yeni avtomobil (2005-ci il istehsalı) "QAZ-31105-120" isə 1784 manata auksiona çıxarılacaq.
Bundan əlavə, 1993-cü il istehsalı olan "Mercedes Benz E 320" start qiyməti 3778 manat, 1998-ci il istehsalı olan "Nissan Maxima" 1463 manata hərraca çıxarılacaq.
Qeyd edək ki, hərracda "Traktor MTZ-80", "ZİL-MMZ"  və "QAZ" markalı avtomobillərin müxtəlif növləri də yer alacaq. "Nissan Maxima" 5-ci dəfə 50% endirimlə hərraca çıxarılacaq. 
Bakının avtomobil bazarında 1998-ci il istehsalı olan "Nissan Maxima"nın qiyməti 2.500 dollar və ya 2.620 manatdır.
Qaynar.info