Xəbər lenti

Bakıda 7 kq narkotik dövriyyədən çıxarıldı
Ölkə10:38 13.01.2026

Bakıda 7 kq narkotik dövriyyədən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
DİN-dən Qaynarinfo-ya verilən xəbərə görə, tədbirlərlə əvvəllər məhkum olunmuş 52 yaşlı Zaur Ələsgərov şübhəli şəxs qismində saxlanılıb.
Ondan 6 kiloqram marixuana, 470 qram tiryək və 355 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.*
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.