
Bakıda 72 yaşlı qadın intihara cəhd edib.
Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Xanlar Ələkbərov küçəsi, 104 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1941-ci il təvəllüdlü Səmayə Hacıyeva bıçaq xəsarətləri ilə xəstəxanaya müraciət edib. O, intihar məqsədi ilə özünü bıçaqladığını bildirib. Qadının vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info