Bakıda müasir infrastruktura malik tələbə yataqxananın tikintisi başa çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə təhsil naziri Ceyhun Bayramov Azərbaycan tələbələrinin II qurultayında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Bakı şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 800 yerlik yataqxana ən müasir infrastruktura malikdir.